SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Quba, Siyəzən və Şabranda güclü yanğın başladı: alov Altıağaca keçib

Quba, Siyəzən və Şabranda güclü yanğın başladı: alov Altıağaca keçib

Tarix:

28-07-2018, 17:07

/ 2 150 dəfə oxundu.
Quba, Siyəzən və Şabranda güclü yanğın başladı: alov Altıağaca keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş verən barədə məlumat yayıb.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

Quba rayonunun Qonaqkənd kəndi ərazində də güclü yanğın başlayıb.

Qonaqkənd İnzibati Ərazi Vahidliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.

Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir.

Şərhlər

XƏBƏR LENTİ