XalqXəbər.Az

Şəlalədə turistlərin başına daş düşdü

yüklənir...
Şəlalədə turistlərin başına daş düşdü
18-07-2018, 14:01
yüklənir...

Qax rayonuna istirahətə gedən 3 nəfər xəsarət alıb.Bu gün saat 12 radələrində rayonun İlisu kəndi ərazisində yüksək dağlıq ərazidən tökülən Ram-Ramay şəlaləsinə istirahətə gedən Cəlİlabad rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Eldar oğlu Məstəliyevin üzərinə şəlalədən gələn daş düşüb.

Nəticədə Orxan Məstəliyev başından, sol çiynindən, kürəyindən və qabırğalarından xəsarət alıb.

O. Məstəliyev yıxılan zaman yanında olan həmyerliləri - 1990-cı il təvəllüdlü Tərlan Məlikəhməd oğlu Ağamalıyev və 1988-ci il təvəllüdlü Mirrəhman Mirələm oğlu Salmanova toxunub.Bu zaman onlar da yıxılaraq xəsarət alıblar.

Hər üç şəxs Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. O. Məstəliyevin xəsarətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriləcək.

T.Ağamalıyev və M.Salmanov lazımi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.