SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Keçmiş ər-arvad bir-birini bıçaqladı

Keçmiş ər-arvad bir-birini bıçaqladı

Tarix:

18-07-2018, 12:04

/ 1 496 dəfə oxundu.
Keçmiş ər-arvad bir-birini bıçaqladı

Ağcabədida ərlə arvad bir-birini bıçaqlayıb.

Hadisə rayonun Təzəkənd kəndində yerləşən fermada qeydə alınıb.

Orada işləyən, 1971-ci il təvəllüdlü Xanlar Muxtar oğlu Məmmədov aralarında yaranmış ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı, 1980-cı il təvəllüdlü Gülnaz Saleh qızı Məmmədovanı bıçaqlayıb. G. Məmmədova bu zaman X. Məmmədovun əlindən bıçağı alaraq ona xəsarət yetirib.

Hər iki şəxs təcilli Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. G. Məmmədovanı xilas etmək mümkün olub.

X. Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra o, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon Prokuyrorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

XƏBƏR LENTİ