SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 31 yaşlı qadın işlətdiyi kafedə bıçaqlandı - Bakıda

31 yaşlı qadın işlətdiyi kafedə bıçaqlandı - Bakıda

Tarix:

17-01-2017, 17:39

/ 2 313 dəfə oxundu.
31 yaşlı qadın işlətdiyi kafedə bıçaqlandı - Bakıda

Bakının Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində 31 yaşlı Lalə Məmmədova icarəyə götürdüyü kafedə bıçaqlanıb.
Bu iaşə obyektinin yanında yerləşən avtoyuma məntəqəsində işləyən Şamaxı rayon sakini, Nurməhəmməd Şükürov spirtli içki qəbul edərək kafedə mübahisə edib, sonra isə bıçaqla qadına xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan Lalə Məmmədova cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən Nurməhəmməd Şükürov Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Şərhlər

XƏBƏR LENTİ