SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Həyətində çətənə əkmişdi

Həyətində çətənə əkmişdi

Tarix:

11-07-2018, 17:47

/ 1 289 dəfə oxundu.
Həyətində çətənə əkmişdi

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az -a verilən məlumata görə, iyulun 10-da Qusar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çiləgir kənd sakini Ağazaman Zamanova məxsuz evin həyətyanı sahədəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 9150 qram təşkil edən hündürlüyü 45-210 sm olan 23 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ