SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı

Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı

Tarix:

9-07-2018, 14:37

/ 2 302 dəfə oxundu.
Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı

Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb.

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub.

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib.

Şərhlər

XƏBƏR LENTİ