SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var

Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var

Tarix:

6-07-2018, 15:37

/ 4 605 dəfə oxundu.
Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var

Azərbaycan hərbiçilərini daşıyan maşın qəzaya uğrayıb. Criminal.az saytının məlumatına görə, qəza zamanı 3 hərbiçi həlak olub.
Dəhşətli qəza Naxçıvan Muxtar respublikasında baş verib. İçərisində 12 hərbiçi olan maşın aşıb. Qəza zamanı 3 nəfərin həlak olduğu bildirilir. Onlardan biri əslən Tovuz rayonundan olan 28 yaşlı baş leytenant Hümbətov Orxan Bayram oğludur.
Onun cənazəsi bu gün Tovuz rayonunun Qaraxanlı kəndinə gətirilib. Bu dəqiqələrdə O.Hümbətov dəfn edilir.
Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətinin Qaraxanlı kəndi üzrə icra nümayəndəsi İsrail İsmayılov bildirdi ki, O.Hümbətovun dəqiq hansı şəraitdə həlak olmasından xəbərsizdir.
Hadisə ilə bağlı nə Azərbaycan Müdafiə Nazirliyindən, nə də Naxçıvan Müdafiə Nazirliyindən məlumat öyrənmək mümkün olmadı. Hərbi Prokurorluq da hadisə barədə açıqlama vermir.
+++++++++
Naxçıvanda hərbi maşının aşması nəticəsində həlak olan daha bir hərbiçimizin adı məlum oldu. Bu barədə millət vəkili Adil Əliyev ''facebook'' profilində şəhid əsgərin fotosunu paylaşaraq status yazıb: ''5 iyun Şərur rayonunun Günnüt kəndi istiqamətində Şərur Rayon Maxta kəndindən olan igid, vətən oğlu Həsənli Novruz Nəbi oğlu şəhid olub. Novruz Günnüt kəndinin azad olunmasında, fəallıq göstərib. Allah rəhmət eləsin. Ruhu şad olsun. Doğmalarına Allah səbr versin''.
Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var
Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var
Naxçıvanda FACİƏ: Ordumuzun maşını aşdı, şəhidlərimiz var

Şərhlər

XƏBƏR LENTİ