SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gecə klubunda dəhşətli qətl — Su verməyən dostunu bıçaqladı

Gecə klubunda dəhşətli qətl — Su verməyən dostunu bıçaqladı

Tarix:

3-07-2018, 18:43

/ 1 298 dəfə oxundu.
Gecə klubunda dəhşətli qətl — Su verməyən dostunu bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi davam edib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zaur Qasımov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində olan gecə klubunda baş verib. Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb.

Zaur Qasımov dostundan su istəyib. Xəyal Məmmədov ona su vermədiyi üçün dostlar arasında dava düşüb. Bu zaman Z. Qasımov X. Məmmədovu bıçaqla vuraraq qətlə yetirib.

Şərhlər

XƏBƏR LENTİ