SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda ŞOK ANTİNARKOTİK ƏMƏLİYYATLARI - Həbs olunanlar var

Azərbaycanda ŞOK ANTİNARKOTİK ƏMƏLİYYATLARI - Həbs olunanlar var

Tarix:

30-06-2018, 16:57

/ 1 509 dəfə oxundu.
Azərbaycanda ŞOK ANTİNARKOTİK ƏMƏLİYYATLARI - Həbs olunanlar var

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi üzrə tədbirlər qətiyyətlə davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

İyunun 29-da bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 12 kiloqrama yaxın narkotik vasitə, xüsusi aqrotexniki qaydada yetişdirilmiş 130 ədəd narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 13 tona yaxın çətənə kolları məhv edilib.

Belə ki, Ağcabədi Rayon Polisn Şöbəsinin əməkdaşları şəhər sakini Səfər Mamedovun Şənlik kəndi ərazisindəki torpaq sahəsindən 9 kiloqram 515 qram marixuana, Neftçala RPŞ-nin əməkdaşları Ərəbqardaşbəyli kənd sakini Vüqar Məmmədovdan 16 qram, həyətindən isə 950 qram marixuana, Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Bəhlul Cəbiyevdən 485 qram, Pyotr Briyukovdan isə 480 qram marixuana, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları Biləcəri qəsəbə sakini G.Adıgözəlovanın evindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 44 ədəd çətənə kolu, Xəzər RPİ-nin əməkdaşları Türkan qəsəbə sakini Zaur İbrahimovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 33 ədəd çətənə kolu, Astara RPŞ-nin əməkdaşları Şahağacı kəndi sakini, əvvəllər məhkum olunmuş Xosrov Rüstəmovun torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Göygöl RPŞ-nin əməkdaşları Sarısu kəndi ərazisindən yabanı halda bitmiş çəkisi 5,5 ton olan 1553 ədəd, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Ağstafa dəmir yolu stansiyanın ərazisində çəkisi 80 kiloqram olan 106 ədəd, Zaqatala RPŞ-nin əməkdaşları Yengiyan kəndi ərazisindən çəkisi 6 ton olan 12901 ədəd, Samux RPŞ-nin əməkdaşları Çobanabdallı kəndi ərazisindən çəkisi 600 kiloqram olan 3340 ədəd, Gədəbəy RPŞ-nin əməkdaşları Yeni Saratovka və Qoşabulaq kəndləri ərazisindən çəkisi 800 kiloqram olan 1600 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ