yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda London taksisi piyadanı vurdu

Bakıda London taksisi piyadanı vurdu
23-06-2018, 11:00 238 dəfə baxılıb

Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.

Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektində qeydə alınıb.

Həmin ərazidə piyadalar üçün keçid olmasına baxmayaraq, qarşı tərəfə avtomobil yolu ilə keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlu qəza şəraiti yaradıb və Səfərov Şirməmməd Nəzir oğlunun idarə etdiyi "Geely" markalı "London taxi" avtomobilinin zərbəsinə tuş gəlib.

Ağır xəsarət alan piyadanı elə onu vuran sürücü 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. R.Əliyevə lazımi tibbi yardım göstərilib. Vəziyyəti hazırda orta ağırdır.

Yol qəzasının təfərrüatları araşdırılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ