XalqXəbər.Az

Qubada heyvan oğruları saxlanıldı

yüklənir...
Qubada heyvan oğruları saxlanıldı
19-06-2018, 13:03
yüklənir...

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Xalqxeber.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Həsənov 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı M.Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdıqını bildirib.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır. скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.