SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var

Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var

Tarix:

14-06-2018, 11:06

/ 1 628 dəfə oxundu.
Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Hadisə 1 saylı şəhər orta məktəbinin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini, Rauf Təhmiraz oğlu Ağaquliyev məktəbin yaxınlığında 10-cu sini şagirdi, Vüsal Təbiət oğlu Şəhriyarovla aralarında mübahisə yaranıb. Mübahisə zəmnində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarorova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ