SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Evdən oğurluq edən saxlanıldı

Evdən oğurluq edən saxlanıldı

Tarix:

11-06-2018, 18:42

/ 1 491 dəfə oxundu.
Evdən oğurluq edən saxlanıldı

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xaçmaz şəhər sakini Vüsal Ağammədov olması müəyyən edilib.

Dindirilmə zamanı V.Ağammədov törətdikləri cinayət əməlini etiraf edib, fevralın ayının 6-da gecə saatlarında zərərçəkənin evinə gizli yolla qirərək oradan 4000 manat dəyərində olan qızıl-zinət əşyaları və bir ədəd mobil telefon götürdüyünü, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ