SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Polis rəisinin bacısı oğlu vətəndaşı güllələdi - ŞOK!

Polis rəisinin bacısı oğlu vətəndaşı güllələdi - ŞOK!

Tarix:

8-06-2018, 16:28

/ 3 490 dəfə oxundu.
Polis rəisinin bacısı oğlu vətəndaşı güllələdi - ŞOK!

Dünən gecə Şamaxıda güllələnmə hadisəsi baş verib

Rayondan daxil olan məlumatda bildirilir ki, dünən gecə saatlarında Şamaxı şəhərində yaşayan Elxan adlı şəxs Nadir və Samir adlı şəxslər tərəfindən evində güllələnib. Hadisə nəticəsində ağır yaralanan Elxan Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, Elxanın qarın və qol nayihəsindən güllə yarası alıb və durumu ağır olaraq qalır.

Cinayəti törədən şəxslər isə hələ də tapılmayıb. Onların istintaqa təhvil verilməsi üçün cinayət - axtarış tədbirləri davam edir.

Vətəndaşın evinə basqın edən Nadir və Samir adlı şəxslər Tərtər rayon Polis şöbəsinin rəisi Rauf Məcidovun bacısı uşaqlarıdır. Onların dayısı Ramiz Məcidov Şamaxı Polis Şöbəsində aparıcı müstəntiq, digər dayıları Seyidəli Məcidov Şirvan şəhər prokurorluğunda müavin vəzifəsində çalışır.

Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı bəlli olub ki, bu hadisə Samir və Nadir adlı şəxslərin ilk cinayəti deyil. Rayonda bir çox hadisələrin səbəbkarı olan şəxslər bu günə qədər cəzadan yayına biliblər.

Mövzuya qayıdacağıq.

Realliq.info

Şərhlər

XƏBƏR LENTİ