yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Məşhur müğənni Bakıda "İnfiniti" ilə YPX maşınını əzdi: polis yaralandı

Məşhur müğənni Bakıda
7-06-2018, 11:12 392 dəfə baxılıb

Bu gün saat 10 radələrində Salyan yolunda, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xalqxeber.Az avtosfer.az-a istinadən xəbər verir ki, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail rayon yol polisi şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub. Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.

Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ