SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “BakuBus” sürücüsü Bakı sakinini xəstəxanalıq etdi

“BakuBus” sürücüsü Bakı sakinini xəstəxanalıq etdi

Tarix:

23-05-2018, 09:24

/ 1 640 dəfə oxundu.
“BakuBus” sürücüsü Bakı sakinini xəstəxanalıq etdi

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Su Sonası” şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu “BakuBus” MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı “təcili yardım” maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ