XalqXəbər.Az

XALÇA OĞRUSU SAXLANILDI

yüklənir...
XALÇA OĞRUSU SAXLANILDI
11-05-2018, 17:00
yüklənir...

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Xəyyam Muradov olduğu məlum olub. Törətdiyi cinayət əməlini etiraf edən saxlanılan şəxs yaşayış olmayan həmin evə qapını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 3 ədəd xalça və qab-qacaq dəstlərini oğurladığını, hər birinin dəyəri təxminən 1000-1200 AZN təşkil edən xalçalardan ikisini ucuz qiymətə satdığını bildirib.
Xalçalardan biri maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Nizam Həmidov
polis leytenantı
XALÇA OĞRUSU SAXLANILDI
XALÇA OĞRUSU SAXLANILDI

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.