SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » EVDƏN PUL VƏ QIZIL OĞURLAMIŞDI

EVDƏN PUL VƏ QIZIL OĞURLAMIŞDI

Tarix:

11-05-2018, 12:51

/ 1 253 dəfə oxundu.
EVDƏN PUL VƏ QIZIL OĞURLAMIŞDI

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 8-də rayon ərazisindəki evlərin birindən 900 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Şurabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Qulami olduğu müəyyən edilib. O, torətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı qızılların bir qismini Sumqayıt şəhərində tanımadığı şəxslərə satdığını bildirib.
Qızıl-zinət əşyalarının digər qismi - qızıl qolbağ və 1 qızıl üzük isə polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.


Nizam Həmidov
polis leytenantı

Şərhlər

XƏBƏR LENTİ