SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sabirabadda DƏHŞƏTLİ QƏZA: - Xeyli sayda ölən var

Sabirabadda DƏHŞƏTLİ QƏZA: - Xeyli sayda ölən var

Tarix:

7-05-2018, 10:38

/ 1 673 dəfə oxundu.
Sabirabadda DƏHŞƏTLİ QƏZA: - Xeyli sayda ölən var

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.

Əlavə məlumat veriləcək.

***

Sabirabad rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şəhriyar kəndi ərazisində baş verib.

Belə ki, fəhlələri tarlaya aparan traktor aşıb. Nəticədə traktorun qoşqusunda olan 5 nəfər ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Bu gün səhər saatlarında Sabirabad rayonunun Şəhriyar kəndində 6 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

Kənd sakinlərini tarlaya aparan traktor sərt döngədə idarəetməni itirərək Sabir kanalına aşıb.

Hadisə nəticəsində traktorun qoşqusunda olanlardan 7 nəfərdən 6-sı suda boğularaq dünyasını dəyişib. Həlak olanların hamısının bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə barədə əlavə məlumat veriləcək..

***

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.

Ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

***

09.51

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

Şərhlər

XƏBƏR LENTİ