SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İki silahlı şəxs saxlanıldı - “Bandotdel” əməliyyat keçirdi

İki silahlı şəxs saxlanıldı - “Bandotdel” əməliyyat keçirdi

Tarix:

28-04-2018, 12:43

/ 2 586 dəfə oxundu.
İki silahlı şəxs saxlanıldı - “Bandotdel” əməliyyat keçirdi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən iki nəfər silahlı şəxs saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil ola əməliyyat məlumatı əsasında Gürcüstan vətəndaşı Elimxan Paşayev Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılan şəxsin üzərindən 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Daha bir şəxs isə Şirvan şəhərində saxlanılıb. Şəhər sakini Ağami Seyidhüseynov yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ