SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Polisdən əməliyyat: 5 rayonda 5 həbs

Polisdən əməliyyat: 5 rayonda 5 həbs

Tarix:

27-04-2018, 14:58

/ 2 016 dəfə oxundu.
Polisdən əməliyyat: 5 rayonda 5 həbs

Yasamal rayonu ərazisindəki “Topaz”dan 300 manat oğurlamaqda şübhəli bilinən Bakı sakini Mübariz Məmmədov yaxalanıb.

DİN-dən verilən məlumata görə, paytaxtda daha bir oğurluq Nəsimi rayonunda olub. Mağazadan və avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Zakir Əliyev həbs edilib.

Sumqayıtda R.Haqverdiyevin həyətyanı sahəsindən 15 ev quşu və 50 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı sakini, əvvəllər məhkum olunmuş Müşfiq Dadaşov tutulub.

Gəncədə kompüter salonlarının birindən 4 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov saxlanılıb.

Ağsuda isə 8 evi yaran Ələsgər Əsgərov növbəti qarət cəhdində yaxalanıb.

Şərhlər

XƏBƏR LENTİ