SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “Xadimə evimdən pul oğurlayıb” - İDDİA

“Xadimə evimdən pul oğurlayıb” - İDDİA

Tarix:

27-04-2018, 12:31

/ 1 138 dəfə oxundu.
“Xadimə evimdən pul oğurlayıb” - İDDİA

Yasamal rayonunda yaşayan vətəndaş 29-cu Polis Bölməsinə evindən oğurluq olması ilə bağlı müraciət edib.
“Ölkə.Az”-ın xəbərinə görə, Zərdabi küçəsi 73-də yaşayan Ramiz Hümmətov şikayət ərizəsində göstərib ki, evində xadimə işləyən Natəvan Ələkbərova onun 1500 manat pulunu oğurlayıb.

Hazırda polis bölməsində təhqiqat aradşrımalarına başlanılıb və xadimənin izahatı alınıb. Əgər deyilən arqument sübuta yetirilsə, N.Ələkbərovaya cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlayacaq.

Şərhlər

XƏBƏR LENTİ