SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Fətullahçı Mustafa Ceyhan Bakıda “oğurlandı” - İLGİNC

Fətullahçı Mustafa Ceyhan Bakıda “oğurlandı” - İLGİNC

Tarix:

27-04-2018, 12:23

/ 1 168 dəfə oxundu.
Fətullahçı Mustafa Ceyhan Bakıda “oğurlandı” - İLGİNC

Türkiyəli biznesmen, Fətullah Gülənin “silahlı terror təşkilatına” (FETÖ) mənsub olduğu deyilən Mustafa Ceyhan ötən gün Bakıda məhkəmə binasının qarşısında naməlum qrup tərəfindən qaçırılıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Mustafa Ceyhanın həyat yoldaşı Tvitter-də yazıb.

Onun bildirdiyinə görə, əri ötən gün aprelin 26-da Bakıda saat 12.00 radələrində məhkəmə binasından çıxarkən mikroavtobusda gələn 8-9 nəfərlik qrup tərəfindən tutulub və naməlum istiqamətdə aparılıb. Gələnlər mülki geyimdə olub. Ceyhanın həyat yoldaşı və uşaqları Gürcüstandadır, onlar narahatdır ki, biznesmeni Türkiyəyə ekstradisiya edə bilərlər.

“Mən Məryəm Ceyhan, Mustafa Ceyhan mənim ərimdir. 20.04.2017-ci il tarixdə o Azərbaycana ezamiyyətə gedərkən həbs olunub və 1 il həbsə məhkum edilib. 26.04.2018-ci il tarixdə təkrar məhkəmə olub, onun həbs müddəti bitdiyi üçün hakim ərimi azad edib. Lakin o məhkəmə binasından çıxan kimi “Volkswagen Transporter” avtomobilində gələn qrup tərəfindən qaçırılıb. Bu vaxt ərimin yanında vəkili və BMT tərəfindən təyin edilmiş başqa vəkil olub, amma onlar heç nə edə bilməyiblər"-Meryem Ceyhan yazıb.

Xatırladaq ki, Azərbaycan tərəfi indiyə qədər bir neçə FETÖ-çunu tutaraq Türkiyə tərəfinə təhvil verib. Bunlar biznesmenlər və Gülən təriqətinə bağlı məktəblərin müəllimləridir.

Şərhlər

XƏBƏR LENTİ