SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakı aeroportunda 3 əcnəbi saxta pasportla saxlanılıb

Bakı aeroportunda 3 əcnəbi saxta pasportla saxlanılıb

Tarix:

27-04-2018, 11:18

/ 1 299 dəfə oxundu.
Bakı aeroportunda 3 əcnəbi saxta pasportla saxlanılıb

Aprelin 24-ü və 25-də Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

Aprelin 24-də “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub.

Aprel 25-də isə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranıb.
Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkar olunub, məqsədlərinin Azərbaycan ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Şərhlər

XƏBƏR LENTİ