SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gömrük əməkdaşını sinif yoldaşı öldürübmüş

Gömrük əməkdaşını sinif yoldaşı öldürübmüş

Tarix:

25-04-2018, 20:25

/ 1 399 dəfə oxundu.
Gömrük əməkdaşını sinif yoldaşı öldürübmüş

Qətlə yetiriliən Dövlət Gömrük Komitəsinin əməkdaşı ilə bağlı təfərrüatlar məlum olub. Criminal.az saytına daxil olan məlumata görə, iki gün əvvəl Sumqayıt ərazisində öldürülən 31 yaşlı Sücayət Əsgərovu narkoman sinif yoldaşı öldürüb.
S.Əsgərovun həmin sinif yoldaşı ilə yaxın dostluğu olub, ona hərdən maddi köməklik də edirmiş. Hadisədən bir neçə gün əvvəl S.Əsgərovun yaxınları ona həmin sinif yoldaşından uzaq olmasını məsləhət görüblər. Bundan sonra Şücaət sinif yoldaşı ilə görüşməkdən imtina edirmiş. Hadisə günü həmin sinif yoldaşı Şücaətlə görüşmək istəyib. Onlar görüşüblər və yanacaqdoldurma məntəqəsində həmin şəxs bıçaqla Sücaəitə ölümcül zərbə vurub. Ağır vəziyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
S.Əsgərov əslən Naxçıvan şəhərinin Nehrəm kəndindəndir. Gömrük Komitəsində çalışırdı. Onun qardaşının isə Bakı şəhərində məhşur şadlıq sarayının sahibi olduğu deyilir.
Sumqayıt şəhər Prokurorluğundan isə Criminal.az saytına bildirildi ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

XƏBƏR LENTİ