SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Psixiatriya xəstəxanasında intihar edən şəxslə bağlı ŞOK FAKTLAR

Psixiatriya xəstəxanasında intihar edən şəxslə bağlı ŞOK FAKTLAR

Tarix:

17-04-2018, 11:55

/ 1 539 dəfə oxundu.
Psixiatriya xəstəxanasında intihar edən şəxslə bağlı ŞOK FAKTLAR

Ötən gün axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 28 yaşlı Sənan Nəsibov intihar edib.
Xəstəxanadan verilən məlumata görə, S.Nəsibov 20 gündür ki, 1 saylı şəhər xəstəxanasından onlara köçürülüb. Belə ki, həbsdən çıxdıqdan sonra dəfələrlə intihara cəhd edən Sənan Nəsibovu 1 saylı şəhər xəstəxanasına yerləşdiriblər. Ancaq o, xəstəxananada da boğazını kəsib. Hətta başına daşla vuraraq özünə xəsarət yetirib.
Bundan sonra 28 yaşlı oğlanı məcburi şəraitdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb. Ötən gün axşam isə Sənan şam yeməyi vaxtı palatada heç kimin olmamasından istifadə edərək mələfə ilə özünü asıb. Xəstəxananın nəzarətçiləri Sənanın şam yeməyinə gəlmədiyini görərək palataya gəliblər. Ancaq artıq gec olub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəbləri araşdırılır.

Şərhlər

XƏBƏR LENTİ