SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abutalıbov süpürgəçiləri qıra-qıra gedir: texnika və milyonlar hara sovrulub?

Abutalıbov süpürgəçiləri qıra-qıra gedir: texnika və milyonlar hara sovrulub?

Tarix:

17-04-2018, 09:35

/ 1 198 dəfə oxundu.
Abutalıbov süpürgəçiləri qıra-qıra gedir: texnika və milyonlar hara sovrulub?

Bakıda avtomobillər küçələri təmizləyən xadimələri vuraraq öldürür

Bu barədə FİA.Az-ın verdiyi xəbərə görə, bu məsələdə Bakı şəhər icra hakimiyyəti ittiham olunur.

Sonuncu fakt Atatürk prospektində baş verib. Şahidlərin bildirdiyinə görə, avtomobilin vurduğu qadının əynindən dərhal küçə təmizləyənlərin xüsusi geyimi çıxarılıb ki, heç kim onun kommunal xidmət əməkdaşı olduğunu bilməsin.
İctimaiyyətin iradlarına və KİV-lərdə dərc olunmuş tənqidi yazılara baxmayaraq, şəhər rəhbərliyi xüsusi təmizləyici texnika (dünyanın bütün sivil ölkələrində olduğu kimi!!!) almaqdan imtina edib.
Bu səhlənkarlıq ucbatından daha bir xadimə qadın ölüb. Bu artıq üçüncü belə sonluqdur!
Maraqlıdır, daha neçə adam ölməlidir ki, şəhər hakimiyyəti fikrini dəyişsin və paytaxtın əsas magistrallarından xadimələri yığışdırsın?!
Baş verənlər yüksək sürətli yollarda insan əməyindən istifadə məsələsini gündəmə gətirib. Belə ki, sürücülər hərəkətin intensiv vaxtında yol təmizləmə işlərinin aparılmasına etiraz edir.
Xüsusilə də hərəkət sürəti yüksək olan yerlərdə təmizləmə işlərinin texnika vasitəsilə həyata keçirilməli olduğunu vurğulayırlar.
Bildiyimiz kimi, yollarda təmizləmə işlərini Mənzil Kommunal Təsərrüfat birliklərinin və “Azəravtoyol”un işçiləri həyata keçirir.
Həmin şəxsləri də hərəkətin intensiv olduğu vaxtlarda, yəni səhər saatlarında yolları təmizləyərkən görmək mümkündür. Ancaq bu zaman əksərən təhlükəsizlik qaydalarına əməl edilmir, işarələr qoyulmur.
Hər körpülərin üzərində texnikanın yolu təmizləməsinə imkan yoxdursa, o zaman mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir. Həmin ərazidə hərəkət məhdudlaşdırılmalıdır.
Lap tutaq ki, yol təmizlənilmir, məsələn, işıq dirəyinin lampası xarab olub və onu dəyişdirmək lazımdır.
Bu zaman 150 metr arxada xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır, dirəklərdən istifadə olunmalıdır.
Mənzil Kommunal Təsərrüfatı Birliyində çalışan əməkdaşlarından biri deyir ki, yolların təmizliyi üçün kifayət qədər texnika var, sadəcə işlətmək üçün sərf eləmir.
Məsələn, işləmədiyi halda texnikaya ayrılan yanacaq, sürtkü materialları, detallar və s. Satılır, müəyyən vaxtdan sonra isə hesabdan silinərək yenisi alınır.
Əslində isə elə kohnə (amma işlənmədiyi üçün təzə qalan) maşınlar yenidən alınıb deyə, hesabdan pul silinir.
Hələlik isə aidiyyatı qurumlar dalandarlara işıqlı gödəkçələr paylamaqla qəzaların qarşını almaq üçün addım atdıqlarını deyirlər.
Nədən neftlə zəngin və milyonları olan səltənətin yaşlı, ahıl və ağbirçək xanımları, analar və bacılar XXI əsrdə yolları fiziki üsullarla, primitiv təmizləyici alət olan süpürgə ilə təmizləməlidir?
Əl əməyinin avtomatlaşdırıldığı və mexanikləşdirildiyi müasir iqtisadiyyatda Bakı şəhər və rayon mənzil kommunal təsərrüfatları nə vaxta qədər insanları bu yolla istismar edib, ayda 100-150 manat məvacib ödəyəcəklər?
Məgər, bu adamlar son on ildə 150 milyard dollar neft və qaz gəlirinə sahib olan ölkənin vətəndaşları deyilmi?
Mövcud iqtidar onların haqq etdikləri neftdən düşən payı bu üsullarla ödəyirmi? Suallar çoxdur və bu sistem qaldıqca onlar heç vaxt cavablandırılmayacaq.
Xarici ölkələrdə çoxlu səfərlərdə olmuşam, bəzilərində yaşamışam, amma Rusiyadan, Orta Asiyadan başqa yerdə küçəni süpürgə ilə təmizləyən işçi saxlayan ölkə görməmişəm. Hazırda nəinki küçəni, hətta səkiləri süpürən, silən, qurudan, qardan təmizləyən xeyli texnika mövcuddur.
Mənasız yerlərə milyonlar xərcləyən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti niyə bu işin mexanikləşdirilməsinə sərmayə qoymur?
Niyə pensiya yaşlı Azərbaycan xanımı aldığı təqaüdlə dolana bilmədiyinə görə, ehtiyac ucbatından küçə süpürməlidir ki, onu da günlərin birində “Kamaz” vurub öldürsün?

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ