SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qazaxda SİLAHLI İNSİDENT - 26 yaşlı qadın güllələnib

Qazaxda SİLAHLI İNSİDENT - 26 yaşlı qadın güllələnib

Tarix:

14-04-2018, 14:02

/ 1 515 dəfə oxundu.
Qazaxda SİLAHLI İNSİDENT - 26 yaşlı qadın güllələnib

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ