SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Space Tv-nin əməkdaşlarına hücum çəkildi, kamera qırıldı (VİDEO)

Space Tv-nin əməkdaşlarına hücum çəkildi, kamera qırıldı (VİDEO)

Tarix:

10-04-2018, 15:37

/ 1 389 dəfə oxundu.
Space Tv-nin əməkdaşlarına hücum çəkildi, kamera qırıldı (VİDEO)

Space Tv-nin "Olar? Olmaz!" verilişinin bu dəfəki buraxılışı dönər ətləri ilə bağlı olub. Aparıcı Amil Xəlil dönər satılan məntəqələrə üz tutaraq ətin haradan gətirildiyini və həmin əraziyə yollanmaq istədiyini bildirib.

Aparıcı dönər sexlərinə görə yaxınlaşdığını dəfələrlə satıcılara bildirir.

Dönər satışı ilə məşğul olanların əksəriyyəti bu barədə məlumatı gizlədib.

Çəkiliş vaxtı sahibkarlardan biri aparıcıya qarşı zor tətbiq edərək çəkilişə mane törədib. Daha sonra eyni əməl operatora qarşı edilib.

Hadisə digər kamera vasitəsi ilə lentə alınıb və "Olar? Olmaz!" verilişində tamaşaçılara təqdim edilib. Sahibkar kameranı sındırmaqla bərabər çəkilişin davam etməsinə də mane olmağa çalışıb.

Şərhlər

XƏBƏR LENTİ