SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Goranboyda ağır qəza: Ölənlər və yaralılar var

Goranboyda ağır qəza: Ölənlər və yaralılar var

Tarix:

10-04-2018, 14:49

/ 1 504 dəfə oxundu.
Goranboyda ağır qəza: Ölənlər və yaralılar var

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində baş verən ağır yol qəzasının təfərrüatı bəlli olub.

Ölənlər qardaş-bacı olublar.

Yaralılardan biri ölənlərin ailəsinin gəlinidir.

Qəzanı törədən şəxs Qızılhacılı qəsəbə sakini “rəngsaz Tariyel” kimi tanınan şəxsin oğlu olub. O, bir neçə gün sonra hərbi xidmətə yollanmalı imiş.

14:18

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ağır yol qəzası baş verib.

“Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.

Xəsarət alanlar 1981-ci il təvəllüdlü Ulduz Əmrahova, 1987-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə nəticəsində iki nəfər - Cəmilə Məmmədova və Sahib Abdullayev ölüb.

Şərhlər

XƏBƏR LENTİ