SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Şamaxıda xalası oğluyla nişanlı olan qız özünü asıb

Şamaxıda xalası oğluyla nişanlı olan qız özünü asıb

Tarix:

2-04-2018, 15:46

/ 2 442 dəfə oxundu.
Şamaxıda xalası oğluyla nişanlı olan qız özünü asıb

Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayonun Çölbağırlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb.

Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ