SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Masazırda bahalı avtomobil "əməliyyatı" - Bir gecədə "Camaro SSX" və "Range Rover"...

Masazırda bahalı avtomobil "əməliyyatı" - Bir gecədə "Camaro SSX" və "Range Rover"...

Tarix:

21-02-2017, 13:32

/ 1 550 dəfə oxundu.
Masazırda bahalı avtomobil "əməliyyatı" - Bir gecədə "Camaro SSX" və "Range Rover"...

Fevralın 20-si gecə saatlarında Masazır qəsəbəsində "Neftçi" və Azərbaycan millisinin futbolçusu Rəhman Hacıyevin yaşadığı binanın qarşısındaca avtomobilindən oğurluq edilib.

Yarımmüdafiəçinin "Chevrolet Camaro SSX" idman avtomobilinin şüşəsini sındıran oğrular əllərinə bir şey keçmədiklərini görüncə, futbolçunun idman dəstini götürərək hadisə yerindən uzaqlaşıblar.

Elə eyni ünvanda həmin gecə ikinci avtomobildə oğurluq hadisəsi baş verib. "Range Rover"dən də eyni qaydada oğurluğa cəhd edən şəxslərin məhz Rəhman Hacıyevin avtomobilinə daxil olan cinayətkarlar olduğu ehtimal edilir.

Şərhlər

XƏBƏR LENTİ