SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Şirvanda mikroavtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

Şirvanda mikroavtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

Tarix:

13-03-2018, 09:19

/ 1 472 dəfə oxundu.
Şirvanda mikroavtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ