SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda biznes ortaqları arasında qanlı dava - TƏFƏRRÜAT

Bakıda biznes ortaqları arasında qanlı dava - TƏFƏRRÜAT

Tarix:

21-02-2018, 16:52

/ 1 464 dəfə oxundu.
Bakıda biznes ortaqları arasında qanlı dava - TƏFƏRRÜAT

Bakı şəhərinin Suraxanı rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Əmircandakı dəmir yolu stansiyasında 33 yaşlı Əzimov Sənan Natiq oğlunun bıçaqlayaraq öldürdüyü, 1987-ci il təvəllüdlü Palejniy Rüfət Vasilyeviçlə dost olduğu məlum olub.

Bildirilir ki, dostlar bir müddət imiş, işsiz imiş və bu yaxınlarda birgə iş qurmaq üçün razılaşıblar. Onlar telefon mağazası açmaq, həm də mobil cihazların internet üzərindən alqı-satqısını təşkil etmək istəyirmiş. Bu məqsədlə hər iki dost müəyyən qədər pul tapıb. Dünən isə onların arasında pulun sərf edilməsi və işə başlamaqla bağlı mübahisə yaranıb. Mübahisə zəminində Rüfət Sənanın ünvanına təhqiramiz ifadə işlədib. Əsəblərinə hakim ola bilməyən Sənan Əzimov bıçaqla ortağına 2 zərbə endirərək onu öldürüb. O, daha sonra Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə gedərək təslim olub.

Qeyd edək ki, qətli törədən S.Əzimov evli, 2 uşaq atası olub. Rüfət Palejniy isə subay olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

****

10:09

Bakıda qətl törədilib. Suraxanı rayon Əmircan qəsəbəsi ərazisində - dəmir yolu platformasında Bülbülə qəsəbə sakini Əzimov Sənan Natiq oğlu tanışı, 1987-ci il təvəllüdlü Palejniy Rüfət Vasilyeviçi bıçaqlayaraq öldürüb. Hadisə mübahisə zəminində törədilib və Sənan Əzimov tanışını öldürəndən sonra könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ