SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qubada mübahisə qanla bitdi

Qubada mübahisə qanla bitdi

Tarix:

19-02-2018, 13:15

/ 1 226 dəfə oxundu.
Qubada mübahisə qanla bitdi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, fevralın 18-də şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ