yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda dəhşətli qəza - 2 ölü, 2 yaralı

Bakıda dəhşətli qəza - 2 ölü, 2 yaralı
16-02-2018, 18:36 381 dəfə baxılıb

Bakıda dəhşətli qəza baş verib.

Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lexus" orta yolda hərəkət edən 99 EL 341 dövlət nömrə nişanlı "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

Hadisə zamanı "Opel"də olan hər iki sərnişinin öldüyü deyilir.

***

Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, hazırda Heydər Əliyev prospektində-metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir. Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir.

***

Məlumata görə, qəza nəticəsində ölən 2 nəfərdən başqa daha 2 nəfər yaralanıb. Onlar 44 yaşlı Manafov Rəhim və 36 yaşlı Əmircanov Kamildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova saytımıza bildirib ki, yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , dehshetli, 2, yarali, qeza, Bakida, 2, olu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ