SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Siyəzəndə qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Siyəzəndə qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Tarix:

14-02-2018, 13:11

/ 1 639 dəfə oxundu.
Siyəzəndə qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilən və bağlı qalan cinayətlərin açılması diqqət mərkəzindədir və bu istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.
Belə ki, Siyəzən rayon sakini ötən ilin sentyabr ayının 17-də RPŞ-nə müraciət edərək, ona məxsuz “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluqu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb.
Dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ İB cinayət işi açılıb, ibtidai istintaq davam etddirilir.

Nizam Həmidov
polis leytenantı
Siyəzəndə qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb
Siyəzəndə qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Şərhlər

XƏBƏR LENTİ