SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Yol polisinə kobudluq edən sürücü həbs edilib

Yol polisinə kobudluq edən sürücü həbs edilib

Tarix:

20-02-2017, 00:09

/ 1 670 dəfə oxundu.
Yol polisinə kobudluq edən sürücü həbs edilib

Bu gün Bakıda yol polisinə qarşı kobudluq edərəkən müqavimət göstərən və nalayiq ifadələr işlədən sürücü həbs olunub.

DYP-dən verilən məlumata görə, günorta satlarında «Nissan Maxima» markalı, 90 NE 222 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə Bül-Bül küçəsinin kəsişməsində – yolayrıcında park edilib. Orada dayanma-durma qadağan edildiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşı sürücüyə yaxınlaşaraq avtomobili götürməyi tələb edib. Bu zaman avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsmixanov Eldar Rasim oğlu DYP inspektoruna qarşı kobudluq edərək nalayiq sözlərlə onu təhqir edib və avtomobili götürməkdən imtina edib. Hadisə yerinə gələn digər YPX əməkdaşları sürücünün sərxoş olduğunu aşkar ediblər. Daha sonra sürücü Səbail rayon 39-cu polis bölməsinə aparılıb. Burada toplanmış materiallar Səbail rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə hakimiyyət nümayəndəsinin qanuni tələbini yerinə yetirməkdən imtina edən sürücü Eldar İsmixanov 10 gün inzibati həbs cəzasına məhkum edilib. Sürücü məhkəmədən birbaşa Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.

Şərhlər

XƏBƏR LENTİ