SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Polisdən ƏMƏLİYYAT: saxlanılan şəxs özünü bıçaqladı

Polisdən ƏMƏLİYYAT: saxlanılan şəxs özünü bıçaqladı

Tarix:

15-01-2018, 15:26

/ 1 474 dəfə oxundu.
Polisdən ƏMƏLİYYAT: saxlanılan şəxs özünü bıçaqladı

Şirvanda 45 yaşlı kişi bıçaqlanıb.

Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

İlkin məlumata görə, M.Aslanov polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. M. Aslanovun saxlanılan zaman özünə bıçaqla xəsarət yetirdiyi bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ