SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Birinci qrup əlilin pensiya kartı oğurlandı - Hesabındakı pul çıxarıldı

Birinci qrup əlilin pensiya kartı oğurlandı - Hesabındakı pul çıxarıldı

Tarix:

9-01-2018, 17:05

/ 1 538 dəfə oxundu.
Birinci qrup əlilin pensiya kartı oğurlandı - Hesabındakı pul çıxarıldı

Cəlilabad rayonunda birinci qrup əlil qadının pensiya kartı oğurlanaraq hesabındakı pul çıxarılıb.

Hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Kənd sakini 54 yaşlı Leyla İmanovanın pensiya kartı evdəki masanın üstündən oğurlanıb. L.İmanovanın yaxınları onun şəxsiyyət vəsiqəsi ilə bankdakı hesabdan pulu çıxarmaq istəyiblər. Bu zaman məlum olub ki, bir neçə saat öncə 310 manat məbləğində nağd pul artıq kartın balansından çıxarılıb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, pensiya kartı evə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.

Şərhlər

XƏBƏR LENTİ