yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bakıda avtobus qəzası: Ölən var

Bakıda avtobus qəzası: Ölən var
28-12-2017, 11:13 312 dəfə baxılıb

Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.
Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun "Nərimanov” stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daewoo” markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub.

Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.

Qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.
Araşdırmalar zamanı məlum olub ki, sürücünün marşrut avtobusunu idarə etməyə hüquq verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayıb. Həmçinin hadisəni törədən sürücü ilə onu işə götürən daşıyıcı şirkət arasında əmək müqaviləsinin olmadığı da üzə çıxıb.
O da bildirilir ki, qəzanı törədən sürücü artıq saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: avtobus, Bakida, qezasi, var, Olen
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ