SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sələmçi qadının evi soyuldu — Mingəçevirdə

Sələmçi qadının evi soyuldu — Mingəçevirdə

Tarix:

27-12-2017, 15:48

/ 1 618 dəfə oxundu.
Sələmçi qadının evi soyuldu — Mingəçevirdə

Mingəçevir şəhərində mənzildən qızıl-zinət əşyaları və böyük məbləğdə pul oğurlanıb.
Hadisə şəhərin Aydın Məmmədov küçəsi 13, mənzil 10 ünvanında qeydə alınıb.

Naməlum şəxslər şəhərdə sələmçiliklə məşğul olan Qaragilə İsmayılovanın mənzilinə daxil olaraq oradan 15 min manatdan çox pul və qızıl-zinət əşyaları oğurlayıblar.
Oğurlanan qızıl əşyaların ayrı-ayrı vətəndaşlara məxsus olduğu bildirilir. Oğurluq hadisəsi günorta saatlarında baş verib və kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ