SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Samuxda içi pulla dolu seyf oğurlandı

Samuxda içi pulla dolu seyf oğurlandı

Tarix:

16-02-2017, 22:59

/ 1 674 dəfə oxundu.
Samuxda içi pulla dolu seyf oğurlandı

Samux rayonunun Tatlı kənd sakini Qabil Alıyevin yaşadığı evdə oğurluq olub. Hadisə gündüz saatlarında sahibi evdə olmayanda baş verib. İşdən qayıdan Qabil Alıyev qapı və pəncərəni açıq görüb, içəri daxil olarkən şübhələri doğrulub.

Qabil Alıyevin sözlərinə görə, evin ehtiyat açarı sayğacın üzərində olub:

"Açarı oradan götürüb qapını açıblar. Sonra qapının arxasından seyfi götürərək, pəncərədən çıxarıblar”.

Ev sahibini seyfdəki 600 ABŞ dolları və 480 manat nəğd puldan çox şəxsi sənədlərinin oğurlanması narahat edir.

“Mənim heç kimlə ədavətim olmayıb. Şübhələndiyim şəxsləri də yazmışam. Pul bir tərəfə, mənim sənədlərimi versinlər. Bu işi yoluna qoysunlar”.

Oğurluqla bağlı Samux Rayon Polis Şöbəsinin əməkdaşları sözügedən evdə olub, ilkin istintaq tədbirləri görülüb. Ancaq hələ ki, oğruları müəyyən etmək mümkün olmayıb. Baş verən hadisəylə bağlı cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ