SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda "Grant Hospital" "qətliamı" davam edir... - xəstə əməliyyat zamanı dünyasını dəyişdi

Bakıda "Grant Hospital" "qətliamı" davam edir... - xəstə əməliyyat zamanı dünyasını dəyişdi

Tarix:

19-12-2017, 10:53

/ 1 872 dəfə oxundu.
Bakıda "Grant Hospital" "qətliamı" davam edir... - xəstə əməliyyat zamanı dünyasını dəyişdi

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Hadisə paytaxtda fəaliyyət göstərən "Grant Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.

Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb.

Şərhlər

XƏBƏR LENTİ