SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağdaşda yeniyetmə öldürüldü

Ağdaşda yeniyetmə öldürüldü

Tarix:

14-12-2017, 13:25

/ 1 881 dəfə oxundu.
Ağdaşda yeniyetmə öldürüldü

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.
Bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsidir.
Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdaş Dövlət Humanitar Kollecindən isə bildirilib ki, kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibov bu gün saat 10:00 radələrində bıçaqlanıb. Hadisə kollecin ərazisindən kənarda baş verib. Faktla hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

***

11:05

Ağdaşda qətl hadisəsi baş verib.

Hadisə bu gün 10:30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.
16-17 yaşlarında olduğu bildirilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.
Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.
Ağdaşda yeniyetmə öldürüldü
Ağdaşda yeniyetmə öldürüldü

Şərhlər

XƏBƏR LENTİ