SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Biləsuvarda oğru dəstə tutuldu

Biləsuvarda oğru dəstə tutuldu

Tarix:

7-12-2017, 13:18

/ 1 652 dəfə oxundu.
Biləsuvarda oğru dəstə tutuldu

Biləsuvar rayonunda oğurluq edən dəstə saxlanılıb.

DİN-nin saytına istinadən verdiyimiz məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-na keçən gecə rayonun Nəsimi kəndindəki mağazaların birinə pəncərədən girərək 33 manat pul və tütün məmulatı oğurlayan rayon sakinləri Səbuhi Ağazadə, Şahin Cavadov və Taleh Əliyev saxlanılıblar.

Onların həmin gün daha 2 mağazadan ərzaq məhsulları və kosmetik əşyalar oğurlaması, Cavid İbadova məxsus “VAZ-2106”, Kəlbi Fərhadova məxsus “VAZ-2107” və Famil Əsgərova məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, habelə Qurban Ağayevə məxsus “VAZ-2107” markalı avtomobilin arxa şüşəsini sındırmaları da müəyyən edilib.

Şərhlər

XƏBƏR LENTİ