yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Yanğından Mühafizə Hissəsi rəisinin evi yandı

Yanğından Mühafizə Hissəsi rəisinin evi yandı
14-02-2017, 20:42 649 dəfə baxılıb

Lənkəran rayonunda fərdi yaşayış evində yanğın olub

Məlumata görə, hadisə Lənkəran şəhərində, Vaqif Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Rəcəb Mədət oğlu Əhədova məxsus ikimərtəbəli yaşayış evinin 140 kvadratmetr sahəsi olan mansardının 40 kvadratmetri yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və alovun yayılmasının qarşısı alınıb.

Yanğının ikinci mərtəbədəki otaqlardan birində başladığı və mansarda keçdiyi ehtimal olunur.

Qeyd edək ki, R.Əhədov uzun illər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ