SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda faciə: Bir gündə 8 nəfər öldü

Azərbaycanda faciə: Bir gündə 8 nəfər öldü

Tarix:

20-11-2017, 12:04

/ 1 229 dəfə oxundu.
Azərbaycanda faciə: Bir gündə 8 nəfər öldü

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb.

Dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Dünən Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ