yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb

Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb
14-11-2017, 09:16 33 219 dəfə baxılıb

Şirvanda şəhər telefon şəbəkəsinin rabitə quyularından rabitə kabelləri kəsilərək oğurlanıb.

Şirvan Telekommunikasiya qovşağından verilən məlumata görə, ötən gecə Şirvan şəhərinin H.Əliyev prospekti və Vaqif küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan qurğuşun və misdən ibarət olan ana xətt kabellərini kəsərək oğurlayıblar.

Nəticədə Şirvan şəhərinin Bayramlı, Hacıqəhrəmanlı qəsəbələri və Köhnə şəhər massivinə daxil olan 1000-ə qədər abonentin stasionar rabitə xətti kəsilib. Bir çox abunəçilərin internet verilişi də dayanıb. Hazırda Şirvan telekommunikasiya qovşağının təmir-tikinti briqadası oğurlanan kabellərin bərpası ilə məşğuldur. Bildirilir ki, rabitə xəttinin bərpa olunması bir həftəyə qədər mümkün olacaq. Qovşağa böyük məbləğdə maddi ziyan vurulub.

Şirvan polis şöbəsində faktla bağlı cinayət işi açılıb, oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: rabitesiz, 1000 e, ogurlanib, yaxin, qalib, kabeller, Shirvanda, abonent
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ