SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Göyçayda toyda qan töküldü

Göyçayda toyda qan töküldü

Tarix:

13-11-2017, 11:03

/ 40 281 dəfə oxundu.
Göyçayda toyda qan töküldü

Göyçay rayonunda toy mərasimində qohumlar arasında dava olub.

Hadisə noyabrın 12-də gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu ilə şəxsi münasibətlər zəminində dava edib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ